“Rus generalları Putindən xəbərsiz Qarabağ ERMƏNİLƏRİNƏ SİLAH SATIRLAR”

21:06 20.07.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Soruşursuz ki, əgər Rusiya sülh istəyirsə, niyə statusdan danışır... Qarabağdakı qanunsuz silahlı birləşmələrinin başını qatmaq üçün... Siyasətçilərin sözlərinə inanmaq doğru deyil. Real hərəkətlərinə baxın!.. 

Bu fikirləri hafta.az-a politoloq Tahir Cəfərli deyib:

“Bəli, dediyiniz kimi, sülhməramlıların erməni terrorçularına silah-sursat daşıması haqda faktlar da var. Bu, Rusiya  ordusunda korrupsiyanın olması ilə bağlıdır. Qərbin Qarabağda  toqquşmada  marağı var. Deməli, qeyri-qanunu  silahlı dəstələrə  külli miqdarda pul buraxılır. Rüşvətxor Rusiya generalları Putinın sözündən çıxaraq ermənilərə silah satırlar.

Siyasət rubrikasından digər xəbərlər